Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atıldı




Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Püşkatma mərasimi Monakoda keçirilib.



AFN Matc.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayan mərasimdə qitənin ən güclü 32 komandası 8 qrupda mübarizə aparacaq. İştirakçılar 4 səbətə bölünüb. Birinci səbətdə Çempionlar Liqasının, Avropa Liqasının qalibi və ən yüksək reytinqli 6 ölkənin çempionu qərarlaşıb. Digər 24 komanda reytinqinə görə sıralanıb.

Qrup mərhələsinin təqvimi də bəllidi. I dövrənin oyunları sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, II dövrənin görüşləri noyabrın 5-6-da, 26-27-də və dekabrın 10-11-də keçiriləcək. İlk iki yeri yeri tutacaq komandalar 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu
PSJ (Fransa)
“Real” (İspaniya)
“Brügge” (Belçika)
“Qalatasaray” (Türkiyə)

B qrupu
“Bavariya” (Almaniya)
“Tottenhem” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)

C qrupu
“Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Atalanta” (İtaliya)

D qrupu
“Yuventus” (İtaliya)
“Atletiko” (İspaniya)
“Bayer” (Almaniya)
“Lokomotiv” (Rusiya)

E qrupu
“Liverpul” (İngiltərə)
“Napoli” (İtaliya)
“Zalsburq” (Avstriya)
“Genk” (Belçika)

F qrupu
“Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“İnter” (İtaliya)
“Slaviya” (Çexiya)

G qrupu
“Zenit” (Rusiya)
“Benfika” (Portuqaliya)
“Olimpik” (Lion, Fransa)
“Leypsiq” (Almaniya)

H qrupu
“Çelsi” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Valensiya” (İspaniya)
“Lill” (Fransa)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu