Mirzə Əliyev: “Yeni qaydalar fermerlərin gübrəni lazım olan zaman özlərinə yaxın yerlərdən və nağdsız ödəmə ilə almasına imkan verəcək”




Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) gübrə təchizatçıları - gübrə istehsalçıları və satıcıları ilə görüş keçirilib. Görüşə 50-dən artıq mineral və orqanik gübrə təchizatçısı qatılıb. İştirakçılara Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların icra mexanizmi barədə geniş təqdimat edilib.



“Fermerlərin subsidiyadan istifadəsinin asanlaşdırılması, onlara verilən subsidiyanın təyinatı barədə hesabatlılığın təmin edilməsi üçün bütün təchizatçıların, o cümlədən gübrə təchizatçılarının şəffaf işləməsi vacibdir. Buna görə də, ilk növbədə, fermer kartı ilə ödənişlərin təmin olunması üçün bütün gübrə satıcılarında pos-terminallar olmalıdır. Bununla biz fermerlərin subsidiyadan istifadə ilə nağdsız alışlarını təmin edəcəyik”, - deyə AKİA sədri Mirzə Əliyev vurğulayıb.

Sədr əlavə edib ki, gübrə təchizatları kartla alış-verişi təmin etməklə yanaşı, satış şəbəkələrini də genişləndirməli və bütün növ gübrələri fermerlər üçün daha əlçatan etməlidirlər: “Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya nəticəsində subsidiyaların verilməsi asanlaşdığı, sənədləşdirmə işləri azaldığı kimi, gübrə satışı üçün də xüsusi sənədləşmələr lazım olmayacaq. Alış-verişin şəffaf - nağdsız aparılması kifayət edəcək”.

Görüşdə Aqrar Kredit və İnkişaf Agentliyi ilə təchizatçılar arasında əlaqələrin qurulması və tənzimlənməsi, fermerlərin ehtiyac duyduqları gübrələrlə vaxtında təchiz olunması kimi məsələlər də müzakirə olunub. AKİA sədri təchizatçıları maraqlandıran sualları cavablandırıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu