Azercell-dən gənc İT mütəxəssislərinə dəstək
“AZCLOUD Hackathon 2019″ müsabiqəsində qeydiyyatın bitməsinə sayılı günlər qaldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı, “Azercell Telekom” MMC, “R.I.S.K Company”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə biznesin idarə olunması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması mövzusunda təşkil olunan “AZCLOUD Hackathon 2019″ müsabiqəsinin başlamasına artıq sayılı günlər qalıb. Müsabiqənin əsas məqsədi İT sahəsinə marağı olan kreativ, biznes yönümlü və analitik düşüncəli gənclərə qabaqcıl İT şirkətləri ilə əlaqələr qurmaq və ideyalarını reallaşdırmaq üçün imkan yaratmaqdır.
Bu il “AZCLOUD Hackathon 2019″ Avropanın ən böyük idman arenalarından biri olan Bakı Olimpiya Stadionunda baş tutacaq. Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. Komandalar qeydiyyatdan keçdikdən sonra, xüsusi hazırlanmış kiçik tapşırığı yerinə yetirməlidirlər. Bu mərhələni keçən komandalar yarışmaya qatılmağa dəvət ediləcəklər. İnnovativ xidmət və layihələrin rellaşdırılması ideyasını daşıyan “AZCLOUD Hackathon 2019” müsabiqəsində iştirakçılar təxminən 48-72 saatlıq müddət ərzində verilən texniki tapşırıq üzrə yeni həlli müəyyən edib, münsiflər heyətinə təqdim etməlidirlər. Müsabiqə üzrə qalib komanda isə 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.
Xatırladaq ki, yarışmaya qatılmaq istəyən komandalar artıq iyul ayının 1-dən başlayaraq müsabiqənin rəsmi səhifəsində (www.h.azcloud.az/reg) qeydiyyatdan keçirlər. Müraciətlərin son qəbul tarixi iyul ayının 31-dir.
Layihəyə dəstək olmaq və ən son məlumatları əldə etmək üçün sizə uyğun olan sosial şəbəkələri izləyib, yerləşdirilən məlumatları paylaşa bilərsiniz:
Veb səhifə: https://h.azcloud.az/
Facebook: https://www.facebook.com/h.azcloud/
Facebook event: https://www.facebook.com/events/321974052068942/
YouTube: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM
Instagram: https://www.instagram.com/h.azcloud/
Telegram: https://t.me/h_Azcloud
“Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.
Qeyd edək ki, "Azercell Telekom” MMC daim gənclərinin potensiallarının üzə çıxarılması, onların təqdim etdiyi innovativ həllərin reallaşdırılması məqsədilə təşkil edilən layihələrin həyata keçməsinə dəstək olur.