Əməkdar artistin ürəyinə ikinci dəfə stend qoyulacaq
Əməkdar artist Vidadi Həsənov ikinci dəfə əməliyyat olunacaq.
AFN "Qafqazinfo”ya istinadən xəbər verir ki, teatr aktyorunun ürəyinə ikinci dəfə stend qoyulacaq.
1 iyul tarixində ürəyində yaranan problemlə bağlı özəl klinikaların birində yerləşdirilən və əməliyyat olunan V. Həsənov hazırda reanimasiya şöbəsindədir.