Şirməmməd Hüseynov vəfat etdi
Azərbaycan jurnalistikasının tarixi şəxsiyyətlərindən biri Şirməmməd Hüseynov vəfat edib.
Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.
Allah rəhmət etsin!