16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var




Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda investorların rahatlıqla dövlət əmlaklarını özəlləşdirmək imkanı var. Belə ki, hərracda yaradılan elektron mühit ilə hər kəs olduğu yerdən prosesə qoşula bilir. İnnovativ üstünlüklər dövlət əmlaklarının özəlləşdirilməsinə marağı artırır, o cümlədən özəlləşdirmə prosesini sürətləndirir.



Dövlət əmlaklarının özəlləşdirilməsində növbəti iştirak imkanı 16 iyul tarixində keçirilən hərracda yaradılıb. Budəfəki hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 38 kiçik dövlət müəssisə və obyekti, 22 səhmdar cəmiyyəti, 15 qeyri-yaşayış sahəsi, 7 yarımçıq tikili və 14 nəqliyyat vasitəsi üzrə seçim edə bilər.

Paytaxtda və bölgələrdə yerləşən kiçik dövlət əmlakları qiymət, sahə və fəaliyyət baxımından müxtəlifdir. Özəlləşdirməyə çıxarılan bu dövlət obyektlərinin sahəsi 12.2 kv.m ilə 3.1 min kv.m arasındadır. Potensial investorlar biznes planlarına uyğun olaraq yardımçı təsərrüfat, əmlak kompleksləri, xidmət və ticarət obyektləri üzrə seçim edə bilər. Sahəsi 1712.1 kv.m olan dövlət əmlakı paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşir. Obyektin özəlləşdirilməsi investor üçün xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanları yarada bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin isə sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Bu növ növ dövlət əmlaklarından 7-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Daşkəsəndə, digərləri isə Bərdə, Şirvan və Ağdaşda yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki qeyri-yaşayış sahəsinin sahəsi 76.2 kv.m-dir.

Səhmdar cəmiyyətləri inşaat, kəndkimya, nəqliyyat, ticarət, istehsal və digər sahələrə aiddir. Budəfəki hərraca “Ucar İnşaat Xidmət“, “Şıxlar Broyler”, “Yevlax taxılçı” və digər səhmdar cəmiyyətlərinin 30%-45%-lik dövlətə məxsus səhm paketləri çıxarılıb.

Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1986-2007 illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan dövlət əmlakları Nissan, Hyundai , Kia və digər markalara aiddir.

Komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək mümkündür. Seçim edən şəxs onlayn formada sifariş verməklə hərracda iştirak statusu qazana bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu