Qəbul imtahanlarının nəticələri açıqlandı




Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.

AFN-in məlumatına görə, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini 7727-ə göndərməklə nəticələrlə tanış ola bilər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu