Trampla Ərdoğan tezliklə görüşəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə amerikalı həmkarı Donald Trampla görüşə bilər.
Bu barədə cümə axşamı "Reuters" məlumat yayıb.
Bildirilir ki, dövlət başçılarının görüşü 28-29 iyun tarixlərində Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində baş tuta bilər.
Türkiyə hökümətindən mənbə agentliyə bildirib ki, onlar hazırda bu təqvim üzərində işləyirlər:”Biz bəzi müsbət siqnallar alırıq, lakin dəqiq zaman hələki müəyyən edilməyib. Onlar (T.Ərdoğan və D.Tramp) həmçinin Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər".