Ərdoğan Trampla Suriya böhranını müzakirə etdi




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

"Anadolu" xəbər verir ki, dövlət başçıları Suriyada baş verən son hadisələri müzakirə ediblər. İki ölkənin liderləri Suriyanın İdlib vilayətində dinc əhalinin müdafiəsi məsələsində razılığa gəliblər.

Onlar həmçinin yeni humanitar böhrana yol verməmək üçün əməkdaşlığı davam etdirməyi razılaşdırıblar.

Rəcəb Tayyib Ərdoğan və Donald Tramp danışıqların gedişatında ikitərəfli əlaqələrə də toxunublar. Liderlər ticarət həcminin 100 milyard dollara çatdırılmasında qətiyyətli olduqlarını bir daha təsdiq ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu