Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə insanın immun çatışmazlığı virusu (İİV) ilə bağlı maarifləndirmə və müayinə tədbiri keçirib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində QİÇS-lə Mübarizə Mərkəzinin səyyar Könüllü Müayinə və Məsləhət məntəqəsi təşkil olunub.
Təşkil olunan səyyar məntəqədə həm sərnişinlər, həm də işçilər üçün pulsuz İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.
Sözügedən tədbir “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində baş tutub.
Tədbirin əsas məqsədi müayinə aksiyaları keçirməklə xəstəliyə yoluxan insanları maksimal dərəcədə aşkarlamaq, tez bir zamanda müalicəyə cəlb etmək, eləcə də virusun yayılmasının qarşısını almaq və əhalinin sağlam həyat tərzi barədə biliklərini artırmaqdır.