Dekabrda bələdiyyə seçkiləri əvəzinə parlament seçkiləri keçiriləcək- İDDİA




Bu ilin sonunda keçirilməli olan bələdiyyə seçkiləri baş tutmayacaq.

Belə bir məlumatı AFN-ə məntəqə seçki komissiyalarından (MnSK) birinin sədri verib. Həmsöhbətimiz bildirir ki, nəzərdə tutulan bələdiyyə seçkilərinin əvəzinə ilin sonunda parlament seçkiləri keçiriləcək: “Bir müddət öncə dairə seçki komissiyasına (DSK) çağırıldıq və bizə bildirildi ki, payızda bələdiyyə seçkiləri yox, parlament seçkiləri keçiriləcək. Əslində parlament seçkiləri iyun ayında keçirilməli idi, seçici siyahıları ilə bağlı prosedurlar yekunlaşmadığı üçün payıza qaldı”.
Məsələ ilə bağlı AFN-ə danışan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirdi ki, bələdiyyə seçkilərinin vaxtı Konstitusiya ilə tənzimlənir: “Bələdiyyə seçkiləri 5 ildən bir keçirilir və Konstitusiyanın tələblərini pozmağa heç kimin hüququ yoxdur. Oelə bir konstitusion norma yoxdur ki, seçkiləri gündəlikdən çıxarmağa, vaxtını uzatmağa icazə versin.Dekabr ayında növbəti bələdiyyə seçkiləri keçirilməlidir. Yəqin ki, MSK Konstitusiyanın tələblərinə uyğun olaraq seçkiyə iki ay qalmış öz qərarını verəcək, seçki gününü müəyyən edəcək. Ona görə də bu deyilənlərin hüquqi əsası yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu