Qənirə Paşayeva MM-də Əhməd bəy Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi təklifi ilə çıxış edib




Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında çıxışı zamanı cənab Prezidentə özünün və ziyalılar adından böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamından dolayı təşəkkürünü bildirib.



Millət vəkili Q.Paşayeva bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir, Əhməd bəy Ağaoğlu erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizədə "Difai" təşkilatını quraraq böyük rol oynamışdı. Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin, abidəsinin ucaldılması çox yaxşı olardı. Eyni zamanda onun haqqında filmin çəkilməsi də çox vacib məsələdir. Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı. Millət vəkili Q.Paşayeva müvafiq qurumlara müraciət edərək cənab Prezidentin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələn tədbirlər çərçivəsində Əhməd bəy Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi ilə bağlı təkliflərinin reallaşması istiqamətində addımlar atmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu