Bakıda “British School”da qadın müəllimlər əlbəyaxa oldu




Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub.



AFN Baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən "British school College”də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.

Münaqişə qadınların əlbəyaxa davaya çevrilib. Dava zamanı hər iki müəllim xəsarətlər alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu