Binəli Yıldırım seçkinin nəticəsini şərh etdi
Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım seçkilərin ilkin nəticəsini şərh edib.
Qaynarinfo Sözcü-yə istinadən xəbər verir ki, sabiq Baş Nazir seçkilərdə əsas rəqibi Cümhuriyyət və Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun ondan çox səs topladığını etiraf edib:
"Arada 25 min səs fərqi var. 319 500 səs isə ləğv edilib. Ləğv edilən səslər araşdırılır, yəni proses davam edir. Ali Seçki Komissiyası üstünlüyü kimə versə, qalib o olacaq. Biz təbirk etməyi bacarırıq".