Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı




Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi barədə qərar qəbul edib.

AFN xəbər verir ki, bu barədə qərarın mətni ABM-nin saytında dərc olunub.

Bildirilir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən olunub.

Qərar martın 15-dən qüvvəyə minir.

Faiz dəhlizinin parametrləri barədə növbəti qərar aprelin 26-da açıqlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu