Mövlud Çavuşoğlu: “Rus dilini Putinlə zarafatlaşacaq qədər bilirəm”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada, Şərqi Aralıq Dənizi Universitetində tələbələrlə görüşü zamanı maraqlı açıqlama verib.
TASS-ın yaydığı məlumata görə, nazir xarici dil bilməyin əhəmiyyətindən bəhs edib, öz dil biliklərinin səviyyəsindən danışarkən deyib: “Xarici dilləri öyrənməyə çalışıram. Rus dilini artıq orta səviyyəyə çatdırmışam. Rus dilini Vladimir Putinlə zarafat edəcək qədər bilirəm”.
Qeyd edək ki, Çavuşoğlu ingilis, alman və yapon dillərini də bilir.