Rusiya təyyarəsi Bakıda təcili eniş etdi- bomba həyəcanı




“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.

"Azərbaycan Hava Yolları" QSC-dən Azvision.az -a verilən məlumata görə, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

"Hava gəmisinin qəza enişinə səbəb HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.
HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib. Məlumatlar yeniləndikcə əlavələr ediləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu