“Buta Airways”in Bakıdan Batumiyə uçan təyyarəsi Tbilisiyə təcili eniş edib
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - “Buta Airways” şirkətinin Bakıdan Gürcüstanın Batumi şəhərinə reys yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına enməyə qərar verib.
AFN xəbər verir ki, bu barədə “Buta Airways” aviaşirkətinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır.
“Embraer 190” markalı təyyarə saat 09:40-da Tbilisidə eniş edib.