İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 1mart 2019-ci il tarixdə, saat 11:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.