İmişlidə “Mercedes” piyadanı vuraraq öldürüb




İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.



Fevralın 19-da İmişli rayonunun Qaralar kəndindən İmişli şəhəri istiqamətində hərəkət edən 1969-cu il təvəllüdlü, İmişli şəhər sakini Bəylərov Teyyub Xanlar oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə İmişli sakini Sarıyev Müsaməddin Hüseyn oğlunu vurub.

Yaralı ağır bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Məlumat əsasında hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, meyitin müayinəsi keçirilərək ölümün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu