Yediyarovla təhsil şefinin qoçusu xanım jurnalistə hücum çəkdi- polisə müraciət olunub
Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı gedən yazıya görə 3 gündür hədə-qorxu, təhqirlə üzləşən Reportyor.info-nun baş redaktoru Arifə Əliyevaya hücum olub.
Xanım jurnalist bildirb ki, ona zəng edərək yazının silinməsi tələb olunub, əks halda küçədə öldürəcəkləri ilə hədələyiblər. Oktay Əliyev adında şəxsin müraciəti əsasında işıqlandırılan məqalədən sonra redaksiyaya zəng vuran Oktay adlı şəxs şikayətçi olmadığını bildirib: “Ona şikayətçinin başqa Oktay Əliyevin olduğunu bildirsək də, bezdirməyə başladı. Dedi ki, bəs rayondan Təhsil Şöbəsinin müdiri Baxış müəllim mənə ismarıc edir yazını sildir. Dedim ki, yazını silmirik. Amma sizin mövqeyinizi verəcəyik ki, həmin Oktay siz deyilsiz. Lakin ayın 15-də tanımadığım bir nömrədən telefonuma zəng vuran şəxs məni təhqir edərək küçədə öldürəcəyini bildirdi. Dedi ki, Rusiyadan gəlib və onu təhsil şefi göndərib ki, get jurnalisti öldür, nə edirsən et, amma yazını sildir gəl. Yanvarın 17-də isə bu işə adiyyatı olmayan Oktay Əliyev zəng vurub məni Azərbaycan Nəşriyyatında tanış jurnalistlərlə gözlədiyini bildirdi. Dedi ki, əmim oğlu da sənə söyüş söyüb, o da üzr istəyəcək. Mən isə video müraciət edəcəm, xahiş edirəm gəlin. Bildirdim ki, əmisi oğlunu görmək istəmirəm. Lakin mən redaksiyaya getdiyim zaman məlum oldu ki, bunlar əvvəlcədən işi qrub planla məni bura dəvət ediblər. Həmin Oktay Əliyevin əmisi oğlu, yəni təhsil şefinin göndərdyi “killer” mənə hücum edərək saçımdan tutub təhsil şefinin və keçmiş icra başçısının ayağından öpməyə aparacağını bildirdi. Nəşriyyatın polisləri onu otağa çəkdilər, o isə ”buraxın məni, onu öldürüb gedəcəm, onsuz mənim kağızım var, heç mənə iş də düşmür deyərək qışqırırdı. Mən isə 102 xidmətinə müraciət edərək nəşriyyata polis çağırdım. Həmin şəxs hadisə yerindən qaçdı, hazırda polis məsələdən xəbərdardır”.