ABŞ-da azərbaycanlı iş adamını öldürən şəxsin görüntüsü yayıldı- VİDEO+FOTO
ABŞ polisi Şimali Karolina ştatının Şarlotta şəhərində mobil telefon dükanının sahibi olan 29 yaşlı azərbaycanlı Elçin Xəlilovu öldürən şəxsin görüntüsünü yayıb.
AFN oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar heç kimi həbs etməyib. Hazırda şübhəli şəxsin axtarışları davam edir.
Xatırladaq ki, yanvarın 14-də yerli vaxtla saat 11:00 radələrində Şarlotta şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həyatını itirib.
Silahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, bu, E.Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib.
E.Xəlilov basqın edilən "Fixer Electronic Repair” mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.
Araşdırmalar davam edir.