Amerikada həmyerlimiz iş yerində güllələnərək öldürülüb- VİDEO+FOTOLAR
Yanvarın 14-də Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.
AFN xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat verib. O bildirib ki, yaralı xəstəxanada vəfat edib:
"Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də yaxalanmayıb.
Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul idi. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub".