Amerikada Elçin Xəlilovu öldürən qatil yaxalandı- FOTO+VİDEO




ABŞ polisi mobil telefonların təmiri mağazasının sahibi olmuş azərbaycanlı gənc Elçin Xəlilovun qatili Tayron Lamark Milleri Texas ştatının Dallas şəhərində həbs edib. Elçin bu il yanvarın 14-də, səhər saatlarında Şimali Karolina ştatının Şarlott şəhərində yerləşən öz mağazasında qarət cəhdi zamanı qətlə yetirilib.



AFN Azərtac-a istinadən xəbər verir ki, azərbaycanlı gəncin qətlindən sonra polis Millerin videosunu yayıb və Federal Təhqiqat Bürosu qatilin həbs olunması üçün onun yeri barədə informasiya verənlərə 15 min dollar məbləğində mükafat təyin edib. Qatilə qarşı adam öldürmə, təhlükəli silahla qarət və odlu silah gəzdirmə maddələri üzrə cinayət işi qaldırılıb. Polisin məlumatına görə, Miller mağazanı qarət edərkən Elçin heç bir müqavimət göstərməyib. Xəlilov xəstəxanaya çatdırılıb və boyun nahiyəsindən aldığı yaradan dünyasını dəyişib.


Elçin Xəlilov

29 yaşlı azərbaycanlı gənc əslən Sumqayıt şəhərindən olub.

Elçin Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, 2011-ci ildə Memarlıq və İnşaat Universitetindən məzun olub.

2015-ci ildə qazanc məqsədi ilə ABŞ-a köçən gənc Şimali Karolina ştatında Şərqi Şarlot şəhərində "Fixer Electronic Repair” dükanını açıb. Elçin mobil telefonların satışı və təmiri ilə məşğul olub.


Elçin Xəlilovu öldürən qatil

Bu il yanvarın 14-də yerli vaxtla səhər 11 radələrində onun sahibi olduğu mağazadan oğurluq etməyə çalışan şəxs Elçini güllələyərək öldürüb. Cinayətkar mağazadakı bütün pulları götürərək qaçıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu