ABŞ-da axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb, 4-ü yaralanıb


ABŞ-ın Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü həyatını itirib, 4-ü isə yaralanıb.


Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib.

Şarlotta polis rəisi Conni Cenninqs hadisə ilə bağlı verdiyi açıqlamada polisin axtarış aparmaq üçün cinayətdə iştirak edən şübhəlinin olduğu evə girərkən tüfənglə atəş açdığını bildirib. Jennings, zabitlərin cavab atəşi açdığını da qeyd edib.

Şübhəlinin güllələnərək hadisə yerində həyatını itirdiyini bildirən Cenninqs, bunun Şarlotta tarixindəki ən dəhşətli hadisələrdən biri olduğunu və istintaqın dərindən davam edəcəyini qeyd edib.

Digər tərəfdən, Ağ Ev ABŞ prezidenti Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığını və Baydenin hadisələri yaxından izlədiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu