Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib




Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

Qurumdan AFN-ə verilən məlumata görə, komitənin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyiblər.

Qəbula gəlmiş məcburi köçkün vətəndaşların müraciəti, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərin həlli ilə bağlı olub.

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxladığı qeyd edilib, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən zəruri vəsait ayrıldığı bildirilib. İndiyədək 300 minə qədər məcburi köçkünün yeni ev və mənzillərlə təmin olunduğu, bu prosesin davamlı xarakter daşıdığı diqqətə çatdırılıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də qəzalı vəziyyətdə olan bina və tikililərdə ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi həssaslıqla qayğı göstərdiyi, yeni salınmış qəsəbələrdə onların birinci növbədə mənzillə təmin edilməsi barədə tapşırıq verdiyi və bu tapşırığın icrasının davam etdirildiyi xatırladılıb.

Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün şöbə və departamentlərə tapşırıq verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu