Pakistanda sərnişin avtobusunun uçuruma aşdığı qəzada 40 nəfər öldü
Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun uçuruma aşması nəticəsində ilkin məlumatlara görə 40 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, "Dawn" qəzetinin məlumatına görə, avtobus Bəlucistanın Şerani bölgəsindən yola düşdükdən sonra Xeybər-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində hərəkətdə olarkən uçuruma yuvarlanıb.
Bölgə rəsmiləri qəzada ilkin təyinata əsasən 40 nəfərin dünyasını dəyişdiyini, 8 nəfərin isə yaralandığını bildiriblər.
Səlahiyyətlilər axtarış-xilasetmə və tibb qruplarının hadisə yerinə cəlb edildiyini, qəzanın səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılacağını qeyd ediblər.
