Pakistanda hazırlıq mərkəzinin tavanı uçdu: 14 şagird həyatını itirdi



Pakistanın Lahor şəhərində hazırlıq mərkəzinin tavanının uçması nəticəsində 14 şagird həyatını itirib, 5 şagird isə yaralanıb.

AFN.az xəbər verir ki, Pəncab Vilayətinin Səhiyyə naziri Xvaca İmran Nəzir jurnalistlərə verdiyi açıqlamada Lahorun Kahna bölgəsindəki hazırlıq mərkəzinin tavanının uçduğunu və hadisə zamanı içəridə 35-40 qədər şagirdin olduğunu bildirib.

Dağıntılar altından çox sayda şagirdin xilas edildiyini qeyd edən Nəzir xəstəxanaya yerləşdirilən 19 şagirddən 14-nün dünyasını dəyişdiyini, 5-nin isə yaralı olduğunu diqqətə çatdırıb.

Nəzir həyatını itirən şagirdlərin 7-12 yaşlarında olduğu məlumatını paylaşıb.

Digər tərəfdən, axtarış-xilasetmə əməkdaşları dağıntılar altında hələ də ən azı 7 şagirdin qaldığını qeyd ediblər.

Hadisə ilə bağlı başladılan araşdırma çərçivəsində hazırlıq mərkəzinin sahibi də daxil olmaqla 2 nəfər saxlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu