Çinin Siçuan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib



Çinin cənub-qərbindəki Siçuan əyalətində 5,5 bal gücündə zəlzələnin baş verdiyi bildirilir.

AFN.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) yaydığı məlumata görə, gecə saatlarında mərkəz nöqtəsi Siçuan əyalətinin Yibin dairəsinin Qaoşien rayonu olan 5,5 bal gücündə yeraltı təkan qeydə alınıb.

6 kilometr dərinlikdə baş verən zəlzələdə ilkin məlumatlara görə can itkisi olmayıb, yüngül xəsarət alan 13 nəfər xəstəxanalarda müalicə altına alınıb.

Zəlzələdən sonra 3-cü səviyyəli fövqəladə vəziyyət elan edilib, zərər çəkmiş binalarda yaşayan 196 nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu