Oman sahili yaxınlığında hindistanlı dənizçilərin olduğu üçüncü gəmiyə hücum edilib


Oman sahillərində göyərtəsində hindistanlı dənizçilərin olduğu "MT Jalveer" kommersiya gəmisinə hücum edilib.

AFN.az xəbər verir ki, bu barədə Hindistanın "Times Now" telekanalı məlumat yayıb. Hadisə nəticəsində xəsarət alanlar və ya gəmiyə dəyən ziyan barədə hələlik rəsmi məlumat yoxdur, aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Hindistanın Omandakı səfirliyi Şinas limanı yaxınlığında baş verən insidenti təsdiqləyib və yerli hakimiyyət orqanları ilə sıx təmasda olduqlarını açıqlayıb.

Bu, son bir həftədə Hörmüz boğazı regionunda hücuma məruz qalan hindistanlı heyətə məxsus üçüncü gəmidir. Bundan əvvəl, iyunun 8-də Palau bayrağı altında üzən və raket zərbəsinə tuş gələn tankerdən 24 hindistanlı dənizçi xilas edilib. İyunun 9-da isə gəmidəki 24 hindistanlı ilə birlikdə "Settebello" tankeri ABŞ Silahlı Qüvvələrinin hücumuna məruz qalıb, nəticədə 2 dənizçi həlak olub, 1-i itkin düşüb. Hadisələrlə bağlı rəsmi Dehli ABŞ-ın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq kəskin etirazını bildirib və Yaxın Şərqdə ticarət gəmilərinə hücumlara dərhal son qoyulmasını tələb edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu