CENTCOM: ABŞ Oman körfəzində boş neft tankerini vurub



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun Oman körfəzində İrana qarşı blokadanı pozmağa çalışdığı əsası ilə Palau bayrağı altında üzən boş bir neft tankerini vurduğunu bildirib.

AFN.az xəbər verir ki, CENTCOM-un sosial media hesabından mövzu ilə bağlı rəsmi açıqlama verilib.

Açıqlamada "M/T Marivex" adlı tankerin ABŞ qüvvələrinin xəbərdarlıqlarına və təlimatlarına əməl etməməsindən sonra "USS Abraham Lincoln" (CVN 72) aviadaşıyıcısından qalxan "F/A-18 Super Hornet" qırıcı təyyarəsi tərəfindən hədəfə alındığı qeyd olunub.

Gəminin maşın şöbəsi və sükan sisteminin yüksək dəqiqlikli idarə olunan sursatla vurulduğu vurğulanan bəyanatda tankerin hərəkət qabiliyyətini itirdiyi və İrana getməsinin qarşısının alındığı ifadə edilib.

Açıqlamada tankerin Palau bayrağı altında üzən boş bir neft tankeri olduğu rəsmən təsdiqlənib.

ABŞ qüvvələrinin 13 apreldə başlatdığı İran blokadası çərçivəsində indiyədək 7 gəminin hədəfə alındığı bildirilən bəyanatda xəbərdarlıqlara tabe olan 134 gəminin marşrutunu dəyişdiyi, humanitar yardım daşıyan 42 gəminin isə keçidinə icazə verildiyi barədə məlumat paylaşılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu