Tramp: İrandan sonra Kuba ilə maraqlanacağıq



ABŞ Prezidenti Donald Tramp Kubadakı rəhbərliyin çökdüyünü iddia edərək "İran İslam Respublikası ilə işimizi bitirən kimi bura ilə maraqlanacağıq" qiymətləndirməsini edib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Oval Ofisdə təşkil olunan tədbirdən sonra mətbuat nümayəndələrinin gündəmlə bağlı suallarını cavablandırıb.

Kubadakı rəhbərliyin demək olar ki, tamamilə çökdüyünü və Kuba xalqına yaxşılıq etmək istədiklərini müdafiə edən Tramp kubalıların onlardan kömək istədiklərini ifadə edib.

ABŞ Prezidenti "Ora bir növ çökmüş vəziyyətdədir, İran İslam Respublikası ilə işimizi bitirən kimi bura ilə maraqlanacağıq, hər dəfə yalnız bir iş görməyi sevirəm, geri dönüş yolunda Kubada qısa bir fasilə verəcəyik" ifadələrini işlədib.

Tramp həmçinin Kuba Prezidenti Migel Dias-Kanelə qarşı ABŞ-nin tətbiq etdiyi yeni sanksiyaların işə yarayacağını müdafiə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu