Kuba prezidenti: ABŞ-ın yeni sanksiyaları eskalasiyaya yönəlib


Vaşinqtonun Kubanın rəhbərliyinə və bəzi təşkilatlarına qarşı elan etdiyi yeni sanksiyalar blokadanı gücləndirməyə və ABŞ ilə Karib dənizi respublikası arasındakı münaqişəni qızışdırmağa yönəlib.

AFN.az xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.

M.Dias-Kanel qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı yeni hədələyici bəyanatlar səsləndirib, ABŞ Maliyyə Nazirliyi isə Kuba liderlərinin, təşkilatlarının və şirkətlərinin adlarını qanunsuz sanksiya siyahısına əlavə edib: "Bu "siyasi korluq" Kuba xalqına zərər vurmağa yönəlmiş məcburi tədbirləri daha da pisləşdirir. Yanki hökumətinin təcavüzü və pozuculuğu bizim ən pis ssenarilərə tab gətirmək və imperiya hücumuna müqavimət göstərmək qətiyyətimizlə qarşılaşacaq".

Xatırladaq ki, iyunun 4-də ABŞ rəsmiləri Kubanın keçmiş rəhbəri Raul Kastronun oğlu və nəvəsi ilə yanaşı, respublika prezidenti və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, qara siyahıya ümumilikdə 5 nəfər – Kuba lideri Migel Dias-Kanel, həyat yoldaşı Lis Kuesta Perasa, onun birinci nikahdan olan oğlu Manuel Anido Kuesta, həmçinin Raul Kastronun oğlu Alexandro Kastro Espin və nəvəsi Raul Alexandro Kastro Kalis daxil edilib.

Bundan əlavə, ABŞ-ın sanksiya siyahısına Kubanın İnqilabi Silahlı Qüvvələr Nazirliyi, Kuba Xalqların Dostluğu İnstitutu, Kubanın İnqilabı Müdafiə Komitələri və daha iki təşkilat əlavə olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu