Tramp "Fox News" telekanalını Karl Rouvu efirdən kənarlaşdırmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında Ağ Evin keçmiş baş strateqi Karl Rouvu və "Fox News" telekanalını kəskin tənqid edərək, onları illərdir MAGA (Make America Great Again) hərəkatına qarşı çıxmaqda ittiham edib.
AFN.az xəbər verir ki, D.Tramp Karl Rouvun 11 ildir həm özü, həm də MAGA hərəkatı barədə davamlı olaraq yanlış qiymətləndirmələr apardığını və siyasi reallığı heç vaxt dərk etmədiyini bildirib.
ABŞ prezidenti paylaşımında yazıb: "Fox News" sarsaq və rəsmiyyətdə respublikaçı olan Karl Rouvdan canını qurtarmalıdır. O, artıq 11 ildir ki, mən və MAGA barədə yanılır. Rouv tamamilə sağalmaz və disfunksional "Tramp sindromu"ndan əziyyət çəkir. Karl Rouvu elə indi təqaüdə göndərin. O, uğursuzdur və həmişə də elə qalacaq!".
Qeyd edək ki, Karl Rouv respublikaçıların tanınmış siyasi strateqlərindəndir və daha əvvəl kiçik Corc Buşun administrasiyasında çalışıb.
