İran mediası: ABŞ ilə mümkün sazişin layihəsi hələ də araşdırılır
İranın ABŞ ilə mümkün saziş layihəsini hələ də nəzərdən keçirdiyi və hələlik Tehrandan rəsmi cavabın göndərilmədiyi bildirilib.
AFN.az xəbər verir ki, İranın "Mehr" Xəbər Agentliyinin ABŞ ilə danışıqlar prosesindən məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, ABŞ ilə mümkün sazişin layihəsi hələ də Tehranda araşdırılır və danışıqlarda vasitəçi olan Pakistana hələlik cavab göndərilməyib.
Xəbərdə ABŞ-ın əvvəlki dövrlərdəki danışıqlar prosesində verdiyi vədlərə əməl etməməsinin İranı daha ehtiyatlı davranmağa sövq etdiyi vurğulanıb.
Qeyd olunub ki, İran əvvəlki təcrübələrinə əsaslanaraq planlaşdırılan mümkün sazişdə konkret və real faydalar əldə etməyə diqqət yetirir.
