ABŞ İranla əlaqəli 1 milyard dollarlıq kripto aktivi dondurdu



ABŞ-nin xəzinədarlıq naziri Skott Bessent ölkəsinin İranla bağlılığı olan 1 milyard dollar dəyərindəki kripto aktivi dondurduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, Reyqan Milli İqtisadiyyat Forumunda iştirak edən nazir ABŞ və İran arasındakı son proseslərlə bağlı mühüm bəyanatlarla çıxış edib.

İrana qarşı tətbiq edilən sanksiyaların və İran limanlarına yönəlmiş blokadanın ləğv edilməsi barədə sualı cavablandıran Bessent bu məhdudiyyətlərin tamamilə qaldırılmasının mərhələli və yavaş bir şəkildə reallaşacağını qeyd edib.

Nazir çıxışında həmçinin ABŞ-nin Prezident Donald Trampın rəhbərliyi altında İrana qarşı başlatdığı iqtisadi kampaniya çərçivəsində sözügedən 1 milyard dollarlıq kripto vəsaitin müsadirə edildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da öz növbəsində İran limanlarına tətbiq olunan dəniz blokadasının ləğvi planlarına toxunaraq, sözügedən qərar sayəsində boğazda qalan gəmilərin artıq öz ölkələrinə qayıtmaq prosesinə başlaya biləcəklərini bəyan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu