Tramp: İranın əlindəki zənginləşdirilmiş uran məhv edilməlidir
ABŞ Prezidenti Tramp İranın əlində olan zənginləşdirilmiş uranın ABŞ-yə gətirilərək və ya İranla əməkdaşlıq çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müşayiəti ilə məhv edilməli olduğunu bildirib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında etdiyi paylaşımda zənginləşdirilmiş uranın (nüvə tozunun) ya dərhal ABŞ-yə təhvil verilərək bura gətirilməsini və məhv edilməsini, ya da daha yaxşı variant kimi İranın əməkdaşlığı və koordinasiyası ilə Atom Enerjisi Komissiyası və ya ona bərabər tutulan qurumun şahidliyi altında, elə yerindəcə və ya qəbul edilə bilən başqa bir məkanda məhv edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, atəşkəs mərhələsində olan ABŞ/İsrail və İran müharibəsini sonlandırmaq üçün tərəflər arasında danışıqlar davam edərkən, İranın əlində olduğu bildirilən təxminən 400 kiloqram civarındakı zənginləşdirilmiş uranın gələcək taleyi görüşlərdəki əsas müzakirə mövzularından birini təşkil edir.

