MAQATE və ABŞ gələn həftə İranla bağlı danışıqlar aparacaq

MAQATE nümayəndələri gələn həftə Vaşinqtonda ABŞ rəsmiləri ilə İranda zənginləşdirilmiş uran məsələsi ilə bağlı danışıqlar aparacaqlar.
AFN.az xəbər verir ki, bu barədə “Bloomberg” diplomatlara istinadən məlumat yayıb.
Bildirilir ki, danışıqlara ehtiyac İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra agentliyin İslam Respublikasında zənginləşdirilmiş uran ehtiyatlarını qiymətləndirə bilməməsi səbəbindən yaranıb. İsrail və ABŞ-ın hərbi əməliyyatından sonra Tehran öz nüvə obyektlərində MAQATE-nin təftişini qadağan edib.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, yoxlamaların dayandırılması ilə əlaqədar MAQATE-nin İslam Respublikasındakı 274 əməkdaşı 409 kq yüksək zənginləşdirilmiş uranın yerini müəyyən edə bilmir.
"Bloomberg" qeyd edir ki, İran ölkədə nüvə silahı proqramının mövcudluğunu inkar edib və MAQATE və ABŞ kəşfiyyat icmasının hesabatları bu məlumatı yalnız təsdiqləyib. Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp iyunun 22-də İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirilməsi barədə göstəriş verib. Bundan sonra o, İranın nüvə silahı proqramının tamamilə məhv edildiyi barədə məlumat verib və Tehranın nüvə infrastrukturunu bərpa etməyə qərar verəcəyi təqdirdə növbəti hücumlarla hədələyib.