ATU-da “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı konfrans keçirilib



Azərbaycan Tibb Universitetində (ATU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfrans təşkil edilib.

AFN.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransın açılışında çıxış edən rektor, professor Gəray Gəraybəyli tədbirdə Birləşmiş Krallıq, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan qonaqların da iştirak etdiyini bildirib.

Builki tədbirin ən mühüm yeniliyi “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təşkil olunan xüsusi panel olub. ATU rəhbəri qeyd edib ki, bu bölmədə "sağlam şəhər" konsepsiyası və yaşıl infrastrukturun ictimai sağlamlığa təsiri elmi əsaslarla təhlil edilir.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxış edərək, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin bu sahəyə dövlət qayğısının nümunəsi olduğunu vurğulayıb. O, Bakının 2040-cı ilədək inkişafına dair Baş Planı və azad edilmiş ərazilərdəki “ağıllı şəhər” modelləri haqqında məlumat verib.

Konfransda həmçinin Türkiyənin Ege Universitetinin dosenti Aziz Eftekhari və ATU-nun prorektoru Məlahət Sultan çıxış ediblər. Bildirilib ki, tədbir çərçivəsində daxili xəstəliklər, onkologiya, rəqəmsal tibb və süni intellekt mövzularında müzakirələr aparılıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu