İndianapolisdə məzun gecəsində atışma: 1 ölü, 3 yaralı
ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində məzuniyyət gecəsindən sonra təşkil edilən şənlikdə atışma baş verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəstəxanada dünyasını dəyişib, daha üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Atışma qısamüddətli kirayəyə götürülmüş evdə, yeniyetmələrin toplandığı məclisdə baş verib. Yaralılardan birinin vəziyyəti kritikdir. Polis hadisənin təfərrüatlarını araşdırır.




