Riçmondda atışma: 2 nəfər ölüb, 5 nəfər yaralanıb


İngiltərənin Riçmond şəhərində atışma baş verib.


AFN.az CNN-ə istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Richmondda orta məktəbin yaxınlığında baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb", - deyə nəşrin məlumatında deyilir.

Qeyd olunur ki, orta məktəbi bitirmə mərasimindən sonra Monro parkında yüzlərlə insan dayandığı bir vaxtda silahlı şəxs atəş açıb.

Mətbuat daha əvvəl yeddi itki barədə məlumat vermişdi. Polis iki şübhəli şəxsi həbs edib. Daha sonra onlardan birinin hadisəyə aidiyyətinin olmadığı bəyan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu