Hindistanda sərnişin təyyarədən yerə tullanıb


Hindistanın Çennai şəhərində "Air Arabia" şirkətinə məxsus təyyarə yerə endikdən dərhal sonra qəribə hadisə baş verib.

29 yaşlı Məhəmməd Şərif adlı sərnişin təyyarə hələ hərəkətdə olarkən qəza çıxışını açaraq özünü uçuş zolağına atıb. Hadisə səbəbindən hava limanında uçuşlar bir müddət dayandırılıb və bəzi reyslər başqa şəhərlərə yönləndirilib.

Saxlanılan gənc hərəkətini psixi vəziyyətinin qeyri-sabit olması ilə izah edib. Hazırda polis faktla bağlı araşdırma aparır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu