Bakıda iki nəfər dəm qazından zəhərlənərək öldü


Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb.

AFN.az "Report"a istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini, 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Maştağa qəsəbə sakini, 1994-cü il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hər iki faktla bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu