Üç qadın dəm qazından öldü

Mingəçevirdə 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Hadisə bu gün baş verib. Rəsul Rza küçəsində yaşayan Gülnar Əlizadə qazdan boğularaq həyatını itirib.
Oxşar hadisə Şamaxı rayonunda qeydə alınıb. Martın 2-nə keçən gecə Şamaxı şəhər sakini 1979-cu il təvəllüdlü Şəfəq Kərimova A.Məmmədağa küçəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.
Daha bir qazdan boğulma hadisəsi isə Masallı şəhərində olub. 1956-cı il təvəllüdlü Firəngiz Yaqubova yaşadığı Heydər Əliyev prospektindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Hər üç faktla bağlı araşdırma aparılır.