KİV: Ceyms Devid Vens yaxın günlərdə Macarıstana səfər etməyi planlaşdırır
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu ölkəyə səfər etməyə hazırlaşır.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Səfərin əsas məqsədi Macarıstanın baş naziri Viktor Orbana dəstək nümayiş etdirməkdir.
Səfərin dəqiq tarixləri hələlik açıqlanmasa da, mənbələr ABŞ-ın İrandakı hərbi əməliyyatları ilə əlaqədar planların dəyişə biləcəyini qeyd edirlər.
Hazırda Vaşinqtonun Yaxın Şərqdəki hərbi aktivliyi vitse-prezidentin beynəlxalq proqramına təsir edən əsas amildir.
