Ceyms Devid Vens neft şirkətlərinin rəhbərləri ilə görüşəcək


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens martın 19-da Vaşinqtondakı Amerika Neft İnstitutunda ölkənin aparıcı neft şirkətlərinin rəhbərləri ilə mühüm görüş keçirəcək.

AFN.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu görüş ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində yaranmış kəskin enerji böhranını müzakirə etmək məqsədi daşıyır.

Hazırda ABŞ administrasiyası yanacaq qiymətlərinin sürətlə artması səbəbindən daxildə ciddi siyasi təzyiqlərlə üzləşib. Analitiklər qeyd edirlər ki, rəsmi Vaşinqtonun enerji resurslarının qiymətini cilovlamaq imkanları hazırkı hərbi-siyasi şəraitdə kifayət qədər məhduddur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu