Bakıda daha bir dünya çempionatı keçiriləcək


Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu