Cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək


2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və Dünya Çempionatına ev sahibliyi edəcək.


Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, bu barədə Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Qeyd edək ki, cüdo üzrə Los Anceles 2028 Yay Olimpiya Oyunlarına lisenziya təsnifat yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək. Dünyanın çox sayda ölkəsindən ən güclü idmançılar paytaxt Bakıda mübarizə aparacaqlar.

Azərbaycan daha əvvəl 2018-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edib. Beynəlxalq Cüdo Federasiyası tərəfindən dərc olunan məqalədə Bakının bu tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanır və Azərbyacn Respublikasının Prezidenti İlham Əliyevin davamlı dəstəyi, eləcə də ölkənin idman təşkilatlarının birgə səyləri nəticəsində Azərbaycanın cüdo sahəsində güclü oyunçuya çevrildiyi bildirilir. Məqalədə, həmçinin, Hidayət Heydərov və Zelim Kotsoyevin Paris 2024 Olimpiya Oyunlarında qazandıqları qızıl medallar bu nailiyyətlərin zirvəsi kimi vurğulanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu