Şahbaz Şərif: Pakistan Azərbaycanın yanındadır



Pakistan Baş naziri Şahbaz Şərif İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınayıb. Baş nazir bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Ş.Şərif bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib.

Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb. Bu bəyanat Pakistanın Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə verdiyi dəyişməz dəstəyin növbəti göstəricisi kimi qiymətləndirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu