Körfəz ölkələrindən təcili addım: Nazirlər növbədənkənar toplanır



Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlərin xarici işlər nazirləri Yaxın Şərqdə kəskinləşən gərginliklə əlaqədar növbədənkənar iclas keçirəcəklər.

AFN.az xəbər verir ki, Qətərin "Al Jazeera" telekanalının adı açıqlanmayan mənbəyə istinadən yaydığı məlumata görə, üzv ölkələrin xarici işlər nazirləri bu gün videokonfrans formatında fövqəladə toplantı təşkil edəcəklər.

Sözügedən görüşün İsrail və ABŞ-ın İrana qarşı başlatdığı əməliyyatlar, həmçinin İranın İsrail ilə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi regional ölkələrə cavab zərbələri endirdiyi bir vaxtda keçirilməsi planlaşdırılır.

Toplantıda regionda alovlanan münaqişənin miqyasının genişlənməsinin qarşısını almaq üçün koordinasiyalı addımların müzakirə ediləcəyi gözlənilir.

Ekspertlərin fikrincə, bu iclas Körfəz ölkələrinin öz təhlükəsizliyini qorumaq üçün ortaq mövqe nümayiş etdirməsi baxımından həyati əhəmiyyət daşıyır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu